Xəzinə və Maliyyə naziri Berat Albayrak iqtisadiyyatı dəyərləndirdi

Xəzinə və Maliyyə naziri Berat Albayrak hökumətin ölkə iqtisadiyyatını, millətin rifahını və milli valyutasını hədəf götürən həmlələrin qarşısını aldığını söylədi.

1084063
Xəzinə və Maliyyə naziri Berat Albayrak iqtisadiyyatı dəyərləndirdi

Xəzinə və Maliyyə naziri Berat Albayrak hökumətin ölkə iqtisadiyyatını, millətin rifahını və milli valyutasını hədəf götürən həmlələrinin qarşısını aldığını söylədi.

Nazir Albayrak Bursa şəhərində Ticarət və Sənaye Palatasının yığıncağında etdiyi çıxışda deyib ki, bu yeni Prezidentlik sisteminə əsaslanan sürətli, güclü fəal qərara yetişmə mexanizmlərilə qarşı həmlələrə mane olundu. Ölkə iqtisadiyyatını, millətin rifahını və milli valyutasını hədəf götürən həmlələrə qarşı 2 aylıq bu proses ölkəmizə böyük təcrübə qazandırdı və bu müddət ərzində iqtisadiyyatımızdakı təsirləri birbəbir aradan qaldırmağa başladıq və bu proses davam edir.

Avqust, sentyabr, oktyabr aylarına olan rəqəmlərə nəzər saldıqda cari kəsirin sürətlə endiyinin müşahidə edildiyini bildirən Albayrak “Cari kəsirlə əlaqəli ilk təxminlərə görə bu, 40 milyard dolların aşağısına düşəcək. Belə davam etsə ilin axırında cari balans gözlənilməyən səviyyədə olacaq. Müsbət yolda irəlilədiyimizi söyləmək istəyirəm” deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr