İran Rusiya və Səudiyyə Ərəbistanına neftlə bağlı reaksiya göstərdi

İranın Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEK) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını artırdıqlarını və bu vəziyyətin neftin qiymətini hər barrelə görə 15 dollar ucuzlaşdırdığını bildirdi.

 İran Neft Nazirliyinin SHANA xəbər agentliyinə görə, Ərdəbili: "Neft təchizatının çoxalması bu məhsulun qiymətinin düşməsinə səbəb oldu. Yaranmış vəziyyət digər istehsalçılara zərər verir. Səudiyyə Ərəbistanı və Rusiya neft istehsal həcmlərini azaltmalıdırlar. Hər iki ölkə gündəlik bir milyon barrel neft hasilatını aşağı salmalıdır" deyib.
 
 Enerji Təhlükəsizliyinin Analizi Şirkətinin (Energy Security Analysis İnc /ESAİ Energy) hesabatına görə, İranın Avropadakı neft itkilərini bu aydan etibarən Rusiya qarşılayacaq. Rusiya Avropa neft şirkətlərinin İrandan idxalı dayandırması ilə Aİ ölkələrinə neft ixracını artırmaq fürsəti qazanacaq. Sanksiyalar səbəbindən İranın neft ixracında itirdiyi payı Avropada Rusiya, Asiyada isə Səudiyyə Ərəbistanının alacağı nəzərdə tutulur.

Әlaqәli Xәbәrlәr