Hindistan nefti rupi ilə alacaq

Hindistan İrandan nefti milli vayutası- rupi ilə alacaq.

Hindistan nefti rupi ilə alacaq

Hindistan mətbuatında yayılan xəbərlərə görə, bu ölkə ABŞ sanksiyaları qarşısında həll yolu olaraq İrandan nefti milli vayutası- rupi ilə almağa qərar verib.

Hindistana aid neft şirkətlərinin noyabr ayından etibarən İrandan idxal etdiyi neftin ödənişini rupi ilə Hindistanın United Commercial Bank (UCO) və İDBİ Bankı vasitəsilə həyata keçirəcəyi bildirildi.

Amerika Birləşmiş Ştatlarının ikinci sanksiya paketi noyabrın 5-də tətbiq olunmağa başlayacaq. Bu tarixdən etibarən İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər gətiriləcək və iqtisadiyyatı əsasən neftə söykənən bu ölkədən neft və neft məhsullarının satışına sanksiyalar tətbiq olunacaq.

Vaşinqton rəhbərliyi bu tarixdən etibarən İran ilə əlaqə yaradan şirkətləri də sanksiyalarla hədələyir.


Etiketlәr: rupi , neft , İran , Hindistan

Әlaqәli Xәbәrlәr