Daşkənddə Özbəkistan-Belarus İş Forumu keçirildi

Özbəkistan-Belarus İş Forumunda ümumi dəyəri təxminən 200 milyon dollar olan ikitərəfli müqavilələr imzalandı.

Daşkənddə Özbəkistan-Belarus İş Forumu keçirildi

Belarus prezidenti Aleksandr Lukaşenkonun Özbəkistana rəsmi səfəri çərçivısində paytaxt Daşkənddə iki ölkənin iş adamlarının qatıldıqları İş Forumu təşkil edildi.

Özbəkistan Baş nazirinin müavini Nadir Atacanov ilə Belarus Baş nazirinin müavini Mixail Rusıyın həmsədrliyi ilə keçirilən iş forumunda iki ölkənin iş adamları və dövlət qurumlarının rəsmiləri tərəflər arasındakı əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar görüşlər keçirdilər.

İş Forumunda Özbəkistan Xarici Ticarət naziri Çəmşid Xocayev Belarus tərəfinə ölkədəki iş və sərmayə imkanları və xarici sərmayəçilərə verilən imtiyaz və prioritetlər haqqında məlumat verdi. Belaruslu iş adamları da özbək şirkətlərinin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq imkanlarını araşdırdı.

Özbəkistan-Belarus İş Forumundan sonra tərəflər arasında ümumi dəyəri 193,3 milyon dollar olan 82 müqavilə imzalandı. İş forumu çərçivəsində Özbəkistan və Belarus sənaye və ticarət palataları arasında əməkdaşlıq müqaviləsinə də imza atıldı.

İş Forumu çərçivəsində Belarus Məhsulları Sərgisi keçirildi.

Belarus prezidenti Aleksandr Lukaşenkonun 24 il fasilədən sonra Özbəkistana etdiyi rəsmi səfər bu gün başa çatacaq.

 

 

 



Әlaqәli Xәbәrlәr