İgdırdan Avropaya “Meksika bibəri”

Ağrı dağı ətəklərində yetişdirilən “Meksika bibəri” Avroya ölkələrinə ixrac edilir.

İgdırdan Avropaya “Meksika bibəri”

Ağrı dağı ətəklərində yetişdirilən “Meksika bibəri” Avroya ölkələrinə ixrac edilir.

Mikroiqlimi və torpağının keyfiyətinə görə müxtəlif tərəvəz və taxıl növlərinin yetişdirildiyi İgdırda Novruz Sadak 2 il əvvəl “Meksika bibəri” kimi də tanınmış “jalapeno” əkməyə başlayıb.

Sadak Ağrı dağının ətəklərində Akyumak kəndində 15 min kvadratmetrlik sahədə yetişdirdiyi bibərləri İgdırın Təşkilatlı Sənaye bölgəsindəki mərkəzində müəyyən proseslərdən keçdikdən sonra Avropaya ixrac edir.

Təqribən 100 ton bibər əldə edən iş adamı Novruz Sadak verdiyi açıqlamada “jalapeno” bibərini daha əvvəl idxal edərək Avropa bazarına ixrac etdiklərini söyləyib.

İgdırda müxtəlif tərəvəz və taxıl məmullarının əkildiyini, bu bibəri də əvvəl test məqsədilə əkdiklərini və uğurlu olunduğunu deyən Sadak “İgdırda tarlamızda yetişdirdiyimiz bibəri burada müəyyən proseslərdən keçirib Avropaya göndəririk. İgdırın torpaqları çox münbitdir, biz də burada yetişdirdiyimiz məmullardan yaxşı məhsul əldə edirik” deyə vurğulayıb.

Əkin sahəsinin zaman ərzində daha da genişlədəcəklərini bildirən Sadak “Hazırda Almaniya, İsveçrə, Avstriya və Hollandiyaya ixrac edirik” deyə söyləyib.



Әlaqәli Xәbәrlәr