Türkiyənin iqtisadiyyatı ilin ikinci rübündə 5,2 faiz inkişaf etdi

Türkiyə Statistika İdarəsi cari ilin ikinci rübünə (aprel-iyun) olan ümumi daxili məhsul nəticələrini açıqladı.

Türkiyənin iqtisadiyyatı ilin ikinci rübündə 5,2 faiz inkişaf etdi

Türkiyə Statistika İdarəsi cari ilin ikinci rübünə (aprel-iyun) olan ümumi daxili məhsul nəticələrini açıqladı.

Bu rəqəmlə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrini arxada buraxan Türkiyə Avropa ölkələri arasında isə ikinci yeri tutdu. 

Buna görə, ümumi daxili məhsul proqnozu, indəks olaraq bu ilin ikinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artım qeyd etdi.

İstehsalat metoduna görə cari qiymətlərlə ümumi daxili məhsul proqnozu bu ilin ikinci üç aylıq dövründə keçən ilin müvaqif dövrü ilə müqayisədə 20,4 faiz artaraq 884 milyard 4 milyon 260 lirə olaraq reallaşdı.

Ümumi daxili məhsulu təşkil edən fəaliyyətlər tədqiq edildiyi zaman bu ilin ikinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının əlavə dəyəri 1,5, sənaye sektorunun 4,3, tikinti sektorunun isə 0,8 faiz artdı.

Ticarət, nəqliyyat, qida və digər başqa xidmət fəaliyyətlərindən ibarət olan xidmətlər sektorunun əlavə dəyəri də 8 faiz artım qeyd etdi.



Әlaqәli Xәbәrlәr