Türkiyə, Rusiya və İran yerli valyuta ilə ticarət edəcəklər

İran Mərkəzi Bankının rəhbəri Əbdünnasir Hümməti Türkiyə, Rusiya və İranın ticarəti yerli valyutalarla aparmaq məsələsində razılıq əldə etduiklərini söylədi.

Türkiyə, Rusiya və İran yerli valyuta ilə ticarət edəcəklər

 İran Mərkəzi Bankının rəhbəri Əbdünnasir Hümməti Türkiyə, Rusiya və İranın ticarəti yerli valyutalarla aparmaq məsələsində razılıq əldə etdiklərini söylədi.
 
 Hümməti mətbuata verdiyi açıqlamada yaxın gələcəkdə Türkiyə və Rusiya Mərkəzi Banklarının rəhbərləri ilə bir araya gələcəklərini və razılaşdırılan məqamların sürətllə həyata keçiriləcəyinə ümid etdiklərini ifadə etdi.
 
 İranın paytaxtı Tehranda keçirilən Suriya mövzulu zirvədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiyanın dövlət başçısı Vladimir Putinin  iştirakı ilə səmərəli görüşlər keçirdiklərini bildirən Əbdünnasir Hümməti neft, qaz və əsas məhsulların mübadiləsi və bank məsələlərində razılıq əldə olunduğunu qeyd etdi.
 
 Hümməti 3 ölkənin də ticarətdə dollardan imtina məsələsində həmfikir olduğunu, Türkiyə, Rusya və İranın öz valyutaları ilə ticarət edəcəyini və əməliyyatların müəyyən olunan məzənnə üzərindən aparılacağını vurğuladı.
 
 



Әlaqәli Xәbәrlәr