Türkiyə-İran antep püstəsi layihəsi

Antep püstəsinin istehsalında aparıcı ölkələr olan İran və Türkiyə əməkdaşlıq edərək püstə istehsalındakı problemləri ortaq layihələrlə həll etmək məqsədi güdürlər.

Türkiyə-İran antep püstəsi layihəsi

Antep püstəsinin istehsalında aparıcı ölkələr olan İran və Türkiyə əməkdaşlıq edərək püstə istehsalındakı problemləri ortaq layihələrlə həll etmək məqsədi güdürlər.

Bu çərçivədə İran Püstə İstehsalçıları Birliyinün üzvləri ilə Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Antep Püstəsi Araşdırma İnstitutunda keçirilən görüşlərin nəticəsində iki ölkə arasında təcrübə mübadiləsi aparılacaq.

Amerika Birləşmiş Ştatlarından sonra Antep püstəsi istehsalında ikinci yerdə olan İran və üçüncü yerdə olan Türkiyənin ekspertlərdən ibarət heyət hazırlayacaqları layihələrlə istehsaldakı problemləri həll edərək yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə etməyi hədəfləyirlər.

 

 



Әlaqәli Xәbәrlәr