Qətər Almaniyada böyük sərmayə qoyacağını açıqladı

Qətərin Maliyyə naziri Əli Şərif əl Əmadi ölkəsinin Almaniyada sərmayə qoyacağını bildirdi.

Qətər Almaniyada böyük sərmayə qoyacağını açıqladı

   Bu ilin avqust ayında Türkiyəyə 15 milyard dollar birbaşa investisiya qoyacaqlarını bildirən Qətər bu dəfə Almaniyaya edəcəyi milyardlarla dollarlıq investisiya qərarı ilə gündəmə gəldi.

  Qətər Əmiri Şeyx Təmin bin Hamed əl Saninin 7 sentyabr Berlin səfərindən qabaq Almaniyanın “Handelsblatte” adlı iqtisadiyyat qəzetinə müsahibə verən Qətərin Maliyyə naziri əl Əmadi investisiyaların sözügedən səfərdə açıqlanacağını bildirərək deyib: “Almaniyanı qlobal iqtisadiyyatda ən əhəmiyyətli bir oyunçu görürük. Almaniya bazarı haqqında çox nikbin düşünürük”.

  Xatırladaq ki, mayeləşdirilmiş təbii qazla (LNG) zəngin Qətər son 30 ildə “Volkswagen”, “Deutsche Bank”, “Simens”, “Hochtief” və “Solarworld” kimi tanınmış Almaniya şirkətlərinə 20 milyard avrodan çox sərmayə qoyub. 2022 Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşan Qətərdə də “Simens”, “Deutsche Bahn” və bir çox beynəlxalq Almaniya şirkəti infrastruktur layihələr həyata keçirir.

  Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir rəhbərlikləri 2017-ci ilin 5 iyunundan Qətərlə bütün diplomatik əlaqələri kəsdiyi zaman rəsmi Berlin Qətəri dəstəkləmişdi.



Әlaqәli Xәbәrlәr