Argentinada 10-dan çox nazirlik ləğv ediləcək

Argentinanın dövlət başçısı Mauricio Makri (Mauricio Macri) Argentina milli pul vahidi pesonun dəyərinin aşağı düşməsinin qarşısını almaq və büdcə kəsirini azaltmaq üçün bəzi nazirlikləri ləğv etməyi planlaşdırır.

  “La Nacion” qəzetinin xəbərinə görə, 13 nazirlik bağlanacaq və ya birləşdiriləcək. “Clarin” qəzetinə görə isə nazirlik sayı 10 olacaq.

   Ölkənin Xəzinə naziri Nikola Duyovnun (Nikola Dujovne) “kəmərsıxma siyasəti” sayəsində bir sıra iqtisadi tədbirlər görülməsi planlaşdırılır.

  Argentina rəsmiləri ilə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti bu gün - sentyabrın 4-ü məsələylə əlaqədar bir araya gələcək

Әlaqәli Xәbәrlәr