Yunanıstanda dənizçilər tətil müddətini uzadıb

Bu gün səhər saat 6-dan başlayaraq 48 saat ərzində Yunanıstanda gəmilərin hərəkəti dayandırılıb.

Yunanıstanda dənizçilər tətil müddətini uzadıb

Bu gün səhər saat 6-dan başlayaraq 48 saat ərzində Yunanıstanda gəmilərin hərəkəti dayandırılıb.

Həmin qərardan aralarında turistlərin də olduğu 300 min adam təsirlənib.

Tətilin səbəbi isə dənizçilərin əmək haqqının aşağı olmasından narazı olmasıdır. Onlar əmək haqqının 5 faiz artırılmasını tələb edirlər.

Qeyd edək ki, federasiya ilə gəmi sahibləri arasında daha öncədən aparılmış danışıqlar zamanı federasiyaya əmək haqqının 2 faiz artırılması təklif edilib, lakin onlar bununla razılaşmayıb və daha əvvəl 24 saat olan tətil qərarını daha 24 saat uzadıb. 


Etiketlәr: Yunanıstanda , Tətil

Әlaqәli Xәbәrlәr