Dünya bazarında neftin qiyməti 2 faizdən çox artdı
Qlobal bazarda neftin qiyməti 2 faizdən çox artıb.
Beynəlxalq bazarda ən geniş istifadə edilən “London Brent” xam neftinin barrel qiyməti avqustun 24-də 74,73, ayın 25-ində isə 2,2 faiz artmaqla 76,40 dollara qalxıb. Beləliklə, “London Brent” xam neftinin barrel qiyməti iyulun 11-dən bu yana ən yüksək qiymətinə çatıb.
Amerika Birləşmiş Ştatlarının “Qərbi Texas” (WTI) xam neftinin barrel qiyməti isə 67,83-dən 2,2 faiz artmaqla 69,31 dollara yüksəlib. Beləliklə, WTI tipli xam neft də 8 avqustdan bu günə qədər ən yüksək qiymətini görüb.
Mütəxəssislər hesab edir ki, dünyanın ən böyük xam neft istehlakçısı olan ABŞ-da yay mövsümündə benzin və qaz istehlakı artdığına görə tələb də yüksələrək neft qiymətlərini artırıb.
Әlaqәli Xәbәrlәr
2024 və 2025-ci illərdə qlobal ÜDM nə qədər olacaq?
Bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) məlumatında belə deyilir ...