Rosneftin mǝnfǝǝti rekord seviyyǝdǝ artıb

Rusiyanın neft  nǝhǝngi Rosneftin ilin ikinci rübündə  mǝnfǝǝti  ötǝn ilin müvafiq dövrünǝ müqayisǝdǝ 235% artımla 228 milyard rublǝyǝ qalxıb.

Rosneftin mǝnfǝǝti rekord seviyyǝdǝ artıb

Rusiyanın neft nəhəngi "Rosneft" tərəfindən bu gün (7 Avqust)  verilǝn  məlumata görə, şirkət ikinci rübdə 228 milyard rubl xalis gəlir əldə edərək 184.57 milyard rublluq proqnozu geridə qoyub. Ekspertlərin proqnozları 164.44 milyard rubl ilə 225 milyard rubl arasında dəyişirdi.

Şirkətin faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti 565 milyard rubl təşkil edərək 543.97 milyard rublluq proqnozu geridə qoyub.Təxminlər, 528.90 -564 milyard rubl arasında dəyişirdi.

Şirkətin həmin dövrdəki satış gəliri 2.07 trilyon rubl olub. Gözlənti 2.04 trilyon rubl səviyyəsində idi.

Qeyd  edǝk  ki, Rosneft  gündə 10 milyon barel  neft  hasil  edilǝn  Rusiyadakı  neftin  tǝxminǝ  40% -nı   reallaşdırır.



Әlaqәli Xәbәrlәr