Turizm gəlirində artım qeydə alınıb

Türkiyənin turizm gəliri, ilin ikinci rübündə, ötən ilin müvafiq dövrünə  müqayisədə  30,1% artaraq 7 milyard 44 milyon 591 min dollar olub.

1022947
Turizm gəlirində artım qeydə alınıb

Türkiyə Dövlət  Statistika Komitəsinin hesabatına  görə  turizm gəlirlərinin 84,7% -si xarici turistlərdən, 15,3%-ü  isə   yerli  vətəndaşlardan əldə edilib.

Türkiyədən   çıxış  edənlərin sayı   ilin  ikinci dörddəbirində ötən  ilin  müvafiq  dövrünə müqayisədə 24,9% artaraq 11 milyon 67 min 987   olub.  Bunların  89%-nu  xaricilər,  11%-i isə   xaricdə  yaşayan  vətəndaşlar  təşkil  edir. 



Әlaqәli Xәbәrlәr