2017-ci il ixracatında birinci yeri sultani üzüm alıb

Egey dənizi İxracatçı Birliyindən (EİB) verilən məlumata görə...

2017-ci il ixracatında birinci yeri sultani üzüm alıb

  Türkiyənin 2017-ci il üçün üzüm ixracı əvvəlki ilə nisbətən 86,7 faiz artaraq 196 milyon dollarlıq olub.

  Üzüm ixracı ölkəyə 2016-cı ildə 105 milyon dollar gətirmişdi. 2017 ixracatında isə birinci yeri sultani üzüm alıb.  

 Egey dənizi İxracatçı Birliyindən (EİB) verilən məlumata görə, sultani üzümə görə orta hesabla 15 gün əvvəl yetişən "superior seedless" cinsindən üzüm ixracı yeni başlayıb.

 “Superior seedless” üzümünün sultani üzümə görə şəkər nisbəti aşağıdır.

  İxracatda əsas bazar Rusiyadır.



Әlaqәli Xәbәrlәr