İranlı turistlər Ramazan bayramı ərəfəsində Van şəhərində alver etdilər

Ramazan bayramı ərəfəsində alver üçün Türkiyənin Van şəhərinə gələn İranlılar bazar və otəlləri doldurdu.

İranlı turistler-van.jpg
vvan'da iranli turistler.jpg
iranlılar-van-alışveriş.jpg

Ramazan bayramı ərəfəsində alver üçün Türkiyənin Van şəhərinə gələn İranlılar bazar və otəlləri doldurdu.

İrandan ölkə xaricinə çıxış xərclərinin həddən artıq artması səbəbindən ölkələrindən çıxmaq məsələsində çətinlik çəkən turistlərin yenidən Türkiyənin Van şəhərinə gəlməyə başlaması şəhər əhalisini sevindirdi.

Başda ticarət mərkəzləri və mağazalar olmaqla prospekt və küçələrdə kütlələr halında gəzən iranlı turistlər etdikləri alverlə də şəhərdəki əsnafın erkən zamanda bayram etməsinə səbəb oldu.

Kapıköy sərhəd-keçid məntəqəsindən ölkəmizə keçən həftə bir gündə 2 min 737 turist gəlib. Bununla son zamanlarda Van şəhərinə gələn turist sayı ən yüksək rəqəmə çatıb.



Әlaqәli Xәbәrlәr