"Türk Axını”nın ikinci qolu üçün Türkiyə hökumətilə danışmağa hazırıq", V.Markelov

Rusiyanın ən böyük qaz şirkəti “Qazprom”un sədr müavini Vitali Markelov bu barədə deyub...

"Türk Axını”nın ikinci qolu üçün Türkiyə hökumətilə danışmağa hazırıq", V.Markelov

   Rusiyanın ən böyük qaz şirkəti “Qazprom”un sədr müavini Vitali Markelov “Türk Axını” qaz kəmərinin Avropa ölkələrinə qaz daşıyacaq ikinci qolu üçün Türkiyə hökumətilə görüşməyə hazır olduqlarını deyib.

  V.Markelov deyib: “Rusya ikinci qolun tikintisinə hazırdır. Öz ərazisindəki hissəni Rusiya inşa edib. Türkiyədə isə birinci qolun tikintisi tamamlanıb, bizdə bütün işlər hazırdır və dənizdə ikinci xəttin tikintisinə başlaya bilərik… Əsas boru kəməri Türkiyə ərazisindən keçir. Danışıqlar hələ müzakirə mərhələsindədir”.

  Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti “Türk Axını”nın Avropaya uzanacaq ikinci qolu üçün iki fərqli marşrut variantı təklif edib.



Әlaqәli Xәbәrlәr