Nazir ilin ilk rübünə olan turist sayı və gəlirini açıqladı

Türkiyə Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş ilin ilk rübündə turist sayı və turizm gəlirinin rekord qırdığını söylədi.

Nazir ilin ilk rübünə olan turist sayı və gəlirini açıqladı

  Türkiyə Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş ilin ilk rübündə turist sayı və turizm gəlirinin rekord qırdığını söylədi.

  Jurnalistin suallarını cavablandıran nazir turizmdə sifarişlərin yüksək səviyyədə olduğunu bildirərək deyib: "Biz ilin əvvəlində 38 milyon turist gələcəyini təxmin edirdik. Amma görünən odur ki, bu rəqəm 40 milyona çatacaq, fors-major bir vəziyyət ortaya çıxmasa. Rezervasiyada hələ ki, ləğv yoxdur. Turist sayı 40 milyon olarsa, 32 milyard dollar da turizm gəlirimiz olacaq… Turizm sektorunda ilin ilk 3 aylıq dövrünə baxdıqda Türkiyənin rekord qıracağı görünür. Yanvar-fevral-mart aylarında, yəni ilk rübdə ölkəmizə 5,1 milyon turist gəlib, 4,4 milyard dollar turizm gəliri əldə edilib. Bu da adambaşına düşən turizm gəlirinin təxminən 768 dollar olması deməkdir… Məqsədimiz yalnız turist sayını artırmaq deyil, adambaşına düşən turizm gəlirini də artırmaq istəyirik. 2023-cü il hədəfimiz adambaşı turizm gəlirinin 1000 dollar olmasıdır. Buna görə də turizmi şaxələndirik. Daha yüksək gəlir qrupları olan turizm növlərinə üz tutmağa başlayırıq, məsələn, kruvaziyer gəmilərilə gəlmə, konqres, səhiyyə, mədəniyyət və tarix turizmləri."



Әlaqәli Xәbәrlәr