Türkiyə Mərkəzi Bankın qızıl ehtiyatının 564 ton olduğu bildirilib

Türkiyə Respublikası Mərkəzi Bankı (TRMB), Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Bankı nəzdindəki qızıllarını 2017-də Türkiyəyə gətirib.

955696
Türkiyə Mərkəzi Bankın qızıl ehtiyatının 564 ton olduğu bildirilib

TRMB-nin Türkiyədəki və Xalq Bankının xaricdən təmin etdiy qızıllarla, Birja İstanbul (bist)-dakı qızıl miqdarı 220 tona çatıb.

Ziraat və VakıfBank da xaricdəki qızılları ölkəyə gətirmək üçün işə başlayıb.

Qeyd edək ki, Ziraat Bankın 57 ton, VakıfBankın isə 38 ton qızılı  İngiltərənin paytaxtı Londondadır.

TRMB-nin qızıl ehtiyatları, özünə və banklara məxsus ehtiyatlardan ibarətdir.

Buna görə, 2017-ci ilin sonu etibarı ilə Mərkəzi Bankın qızıl qızıl ehtiyatı 564 tondu.Bu miqdarın 200 tonu özünə, 364 tonu isə banklara məxsusdur.

 



Әlaqәli Xәbәrlәr