Bankdan kənarda valyuta dəyişilməsi qadağan edildi

İranın "Eghtesad Online" saytında çıxan xəbərə görə...

Bankdan kənarda valyuta dəyişilməsi qadağan edildi

  İranda bank sistemindən kənarda valyuta dəyişilməsi qadağan edildi.

  İranın "Eghtesad Online" saytında çıxan xəbərə görə, İran Mərkəzi Bankının vitse-prezidenti Seyid Əhməd Əraqçı ölkəsində xarici valyutanı bank sistemindən kənarda dəyişməyin qadağan edildiyini söyləyib. O deyib: “Valyutayla bağlı bu alqı-satqı qərarı pul bazarında sabitlik yaranana qədər davam edəcək. Qərar ölkə iqtisadiyyatının şəffaflığı, sərmayə və qaçaqçılığa qarşı mübarizə məqsədilə verilib. Bununla belə, 10 min avro və digər artıq valyutası olanlar da pullarını banka depozit olaraq əmanət qoymaq məcburiyyətindədir.”

  Qeyd edək ki, İranda son günlər gözlənilməz şəkildə yüksələn valyuta məzənnəsinin sürətini azaltmaq üçün hökumət sərbəst bazarda 6 minə qalxan dollar kursunu artıq 4200 tümən olaraq stabilləşdirib.  



Әlaqәli Xәbәrlәr