"Afrin əməliyyatından Türkiyə iqtisadiyyatı zərər çəkmir", B.Tüfenkçi

Bayburt Kiçik Sahibkarlar iclasında B.Tüfenkci deyib...

"Afrin əməliyyatından Türkiyə iqtisadiyyatı zərər çəkmir", B.Tüfenkçi

  Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfenkci Afrində keçirilən əməliyyatdan Türkiyə iqtisadiyyatının zərər çəkmədiyini bildirib.

  Bayburt Kiçik Sahibkarlar iclasında B.Tüfenkci deyib: “Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı Zeytun Budağı Hərəkatı iqtisadiyyatımıza təsir göstərmir. Türkiyə o qədər böyükdür ki, eyni vaxtda bir neçə əməliyyat apara biləcək gücə malikdir. İnşaallah, Afrində də bu əməliyyatları uğurla başa vurub Afrini afrinlilərə təslim edəcəyik. Türkiyənin sərhədi Suriyanın şimalında isə terror dəhlizi yaradılmasına icazə verməyəcəyik”.



Әlaqәli Xәbәrlәr