• Video Qalereya

"TANAP qaz kəməri bu ilin iyul ayından əvvəl istifadəyə veriləcək", B.Albayrak

Berat Albayrak Türkiyənin Şərqi Aralıq dənizindəki təbii ehtiyatların Avropa və dünya bazarlarına çatdırılması üçün də ən məqbul və ən rasional alternativ olduğunu söylədi.

"TANAP qaz kəməri bu ilin iyul ayından əvvəl istifadəyə veriləcək", B.Albayrak

Energetika və Təbii Sərvətlər naziri Berat Albayrak Türkiyənin Şərqi Aralıq dənizindəki təbii ehtiyatların Avropa və dünya bazarlarına çatdırılması üçün də ən məqbul və ən rasional alternativ olduğunu söyləyib.

Nazir Albayrak bunu Azərbaycanın paytaxtı Bakıda keçirilən  "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında etdiyi çıxışda bildirib.

Cənub Qafqaz Boru Kəməri, Tran-Anadolu qaz boru kəməri (TANAP) və Trans-Adyiratik boru kəmərindən ibarət “Cənub Qaz Dəhlizi”nin önəmli mərhələlərinin tamamlandığını ifadə edən Albayrak layihənin 45 milyard dolları keçən sərmayə qoyuluşu ilə istehsaldan istehlakçıya qədər nəhəng dəyərinin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ötən ay artıq Trans-Anadolu (TANAP) qaz boru kəmərinin ilk sınaq işlərinə başlanılıb və iyul ayından boru kəmərinin istifadəyə verilməsi mümkün olacaq.

Nazir bildirib ki, TANAP Türkiyənin enerji təchizatı təminatı və Milli enerji və mədən Strategiyası baxımından da önəmli layihədir: “Son iki ildə təchizat təminatı məsələsində önəmli addımlar atılıb”.

Albayrak son vaxtlarda Şərqi Aralıq dənizində önəmli hadisələr yaşandığını vurğulayıb və deyib ki, Türkiyə xüsusilə Şərqi Aralıq dənizi başda olmaqla beynəlxalq hüquqa əsaslanan bütün haqlarından sonunadək istifadə etməkdə qətiyyətlidir. Dənizlərlə bağlı səlahiyyət sahələrimiz sərhədləri daxilində gələcək dövrdə daha təsirli seysmik və qazma fəaliyyətləri aparmaqda da qətiyyətli addımlar atılacaq. Türkiyə Şimali Kıbrıs Türk Cümhuriyyəti və Kıbrıs Türklərinin haqlarının da tərəfdarı və müdafiəçisi olacaqdır. Əgər Kıbrıs Türkləri adanın sərvətlərinin bölüşülməsində şərik qəbul olunmayacaqdırsa Türkiyə sonunadək bunun əleyhinə olacaqdır.

Albayrak Cənubi Kıbrıs Rum İdarəsinin təktərəfli və beynəlxalq hüquq qaydaları ilə üst-üstə düşməyən parçalama cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr