Rusiya M.Bankı uçot dǝrǝcǝsini azaltdı

Rusiya Mərkəzi Bank bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,25 faiz bənd azaldaraq 7,5%-ə endirib.

Rusiya M.Bankı uçot dǝrǝcǝsini azaltdı

Bankdan yayılan açıqlamada bildirilib ki, inflyasiya proqnozlar daxilində olduğu üçün uçot dərəcəsini 0.25 faiz  bənd azaldaraq 7.5%-ə endirdik. Ölkədəki infiyasiya riskinin davam etdiyinə diqqət çəkilən açıqlamada qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin artdığı vurğulanıb. İlin axırı etibarı ilə inflyasiyanın 4% azalacağının proqnoşlaşdırıldığı ifad edilən açıqlamada, 2019-cu ildə də eyni seviyyədə qalacağı deyilib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bank 2017-ci ildə 6 iclasda faizləri azaldıb. Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozu ilə üst-üstə düşüb. Analitiklər də Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırırdılar. Rusiya Bankı Dekabrın 15-də uçot dərəcəsini 0,5 faiz bənd azaldmışdı.

 



Әlaqәli Xәbәrlәr