Türkiyənin ən böyük tankeri “Sultan Alparslan”ın ilk səfəri

Türkiyənin ən böyük yük və sərnişin daşıma tankeri (feribot) “Sultan Alparslan” yüklü olaraq ilk sınaq səfərini Van gölü üzərində uğurla başa vurdu.

Türkiyənin ən böyük tankeri “Sultan Alparslan”ın ilk səfəri

Türkiyənin ən böyük yük və sərnişin tankeri (feribot) “Sultan Alparslan” yüklü olaraq ilk sınaq səfərini Van gölü üzərində uğurla başa vurdu.

Bitlisin Tatvan qəsəbəsində qayrılma işləri 7 ildir davam edən tankerin uzunluğu 136,5, eni isə 24 metrdir.

350 sərnişin və 4 min ton yük tutumuna sahib “Sultan Alparslan” bu sahədə Türkiyənin ən böyük feribotu olacaq.

Van gölü üzərindəki Türkiyə İran tranzit dəmiryol xəttində istifadə ediləcək tankər 50 vaqon daşıya biləcək.

Sınaq səfərini uğurla başa vuran feribot yaxın zamanda  xidmət göstərməyə başlayacaq.



Әlaqәli Xәbәrlәr