"Bizdən sonra digər ölkələr də bu qərara gəldilər", B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım AK Partiyanın VI Nevşehir Rayon Kongresində etdiyi çıxışında Amerika Birləşmiş Ştatlarındakı Hakan Atilla məhkəmə işinə də toxunub.

883073
"Bizdən sonra digər ölkələr də bu qərara gəldilər", B.Yıldırım

   Baş nazir deyib: “ABŞ-da məhkəmə gedir. Fətullahçı Terror Təşkilatı Paralel Dövlət idarəçilərinin (FETÖ/PYD) əsiri olmuş hakimlərin verdiyi qərarlarla görülən iş. Qarşısına gələn kimi ittiham edirlərsə, buraxırlar. Bunun adı da olur müstəqil məhkəmə. Bizə hüquq dərsi verməyə çalışanlar bu işdə hüququ qətlə yetirmişlər artıq. Türkiyə böyük və hüquq bir dövlətdir. Heç kəs ayaq oyunları dəzgahlarıyla bu ölkəni dizə gətirə, gələcəyinə zərbə vura bilməz. Eyni hərəkəti Qüdsdə etməyə çalışdılar. Nə dedi Rəcəb Tayyib Ərdoğan? “Dünya beşdən böyükdür. Dünya birdən də böyükdür”, - dedi. Onların verdiyi qərara qarşı mövqeyimizi ortaya qoyduq. Bizdən sonra digər ölkələr də böyük əksəriyyətlə Amerika prezidentinin Qüds qərarını qəbul etmədiklərini Birləşmiş Millətlər Təşkilatında söylədilər. Ona görə kimsə Türkiyəni ayağa gətirməyə çalışmasın.”

  Binəli Yıldırım Türkiyə Palatalar və Birjalar Birliyinin Nevşehir Ticarət və Sənaye Palatasında keçirilən Nevşehir İş Dünyası Görüşündə də iştirak edib. Şəhərin istehsal qüvvələri, iqtisadiyyata pay qatan sənaye və iş adamları ilə bir araya gələn Baş nazir Türkiyənin böyüməsi üçün özəl sektorun inkişaf etdirilməsindən danışıb. O deyib: "Türkiyədə AK Partiya hakimiyyətindən əvvəl hökumət 1 liralıq, özəl sektor da ona yaxın - 1 lira yarımlıq sərmayə qoyurdu. İndi isə hökumət 1, özəl sektor isə 8 liralıq investisiya qoya bilir. Səhv eşitmədiniz, bəli, rəqəm 1-dən 8-ə qalxıb. Niyə? Çünki ölkəyə, gələcəyinə etibarı artıb: sahibkar sabit güclü hakimiyyəti görür, investisiya qoyur. Amma kənardan baxanlar elə zənn edir ki, ən çox sərmayə dövlətə məxsusdur. Hökumətin qoyduğu sərmayə ildə cəmi 128 milyard liradır. Yəni bələdiyyələr, nazirliklər, hamısı birlikdə 128 milyard lira. Özəl sektor isə 900 milyard liralıq investisiya qoyur. Demək ki, Türkiyə üç dəfə inkişaf edibsə, milli gəlir 860 milyard dollardan yuxarı olubsa, bunun arxasında siz sahibkarlar varsınız. İstehsal etdiyini əlavə dəyərə çevirən, milyonlarla vətəndaşı işlə təmin edən özəl sektorumuz və biznes mühitimiz var".



Әlaqәli Xәbәrlәr