Türkiyədən, Rusiyaya pomidor ixracatına başlandı

Rusiyanın, Türkiyədən pomidor idxalına dair qadağa qərarını ləğvindǝn sonra, İzmirin Berqama qəsəbəsindən ilk ixracat reallaşdı.

Türkiyədən, Rusiyaya  pomidor ixracatına başlandı

Dünyanın ən böyük istixanaları qəbul edilən Berqama rayonundakı Aqrobay istixanalarında istehsal edilən pomidorlar yük maşınları ilə St.Peterburqa göndǝrildi.

Aqrobay istixanaları şirkətinin İdarə heyəti Üzvü Arzu Şəntürk, Hazırda Rusiyaya 5 min ton pomidor ixrac edilməsinə dair müqavilənin olduğunu bu miqdarın 7 min tona qədər qaldırılacağını qeyd edib.

Şentürk Rusiyadan başqa Yaxın Şərq və ABŞ kimi bazarlara da ixracat planlaşdırdıqlarını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr