Rəsmi Bağdad Ərbilin büdcəsini ixtisar edir

İraqda mərkəzi hökumətin 2018-ci ilə məxsus büdcə layihəsində Ərbil üçün təqdim edilən payın 5 faiz ixtisar edilməsini planlaşdırdığı məlum olub.

Rəsmi Bağdad Ərbilin büdcəsini ixtisar edir

İraqda mərkəzi hökumətin 2018-ci ilə məxsus büdcə layihəsində Ərbil üçün təqdim edilən payın 5 faiz ixtisar edilməsini planlaşdırdığı məlum olub.

İraq məclisində hazırlanan 2018-ci ilə aid büdcə layihəsi haqqında məlumatların mətbuata sızması nəticəsində İraq Kürd Regional Rəhbərliyinə (İKRR) ayrılan payın gələcək il 12,67 faizə düşürülməsi planlaşdırılır.

2004-cü ildən bəridir İraq bütçəsinin 17 faizi Ərbil Rəhbərliyinə ayrılırdı.

Mərkəzi hökumətin 19 milyard dollar kəsirlə 91 milyard dollar olaraq planlaşdırdığı 2018 büdcə layihəsinin cəmi 3,8 milyon barel gündəlik neft ixracına əsaslanır.

Hazırlanan büdcə layihəsində ölkənin gündəlik cəmi neft ixracının sadəcə 250 barreldən ibarət hissəsinin İKRR-yə bağlı bölgələrdən çıxarıldığı bildirildikdə, buna müqabil Kərkükdən gündəlik çıxan neft miqdarının 300 min barel olduğu qeyd edilir.

İKRR-nin sentyabrın 25-də keçirdiyi qanunsuz referendumdan sonra Kərkük başda olmaqla münaqişəli bölgələrə nəzarəti ələ keçirən rəsmi Bağdad büdcəni ixtisar etməklə Ərbilə qarşı əlavə addımlar atarkən İraq məclisindəki Kürd millət vəkilləri yeni büdcə layihəsinə etirazlarını bildirirlər.

Yeni büdcə layihəsinə görə İKRR rəsmi Bağdaddan 6,77 milyard dollar pay alacaq. Bölgədəki dövlət işçilərinin illik əmək haqları sadəcə 8,47 milyard dollar təşkil edir.



Әlaqәli Xәbәrlәr