Giresun və Elba qardaş şəhərlər oldu

Hər iki şəhər ölkələrinin "fındıq paytaxtı"dır.

Giresun və Elba qardaş şəhərlər oldu

  Ölkələrində fındıq istehsalında öndə olan Türkiyənin Giresun və İtaliyanın Elba şəhərləri artıq qardaş şəhərlər oldu.

  Elbada dünən - sentyabrın 6-da açılışı keçirilən 87-ci Beynəlxalq Ağ Trüf Göbələyi Sərgisində Giresun Bələdiyyə sədri Kərim Aksu və Elba Bələdiyyəsinin sədri Maurizio Marello “Qardaş şəhərlər” protokolu imzalayaraq Giresun və Elbanı qardaş şəhərlər elan ediblər.

  Kərim Aksu çıxışında Giresunun “Türkiyənin fındıq paytaxtı” olduğunu vurğuladı və bu mənada Elba ilə bir yaxınlıq olduğunu söylədi. İtaliyalı həmkarı Marello da onun sözlərinə dəstək verərək fındıq istehsalında həqiqətən də Giresun və Elba şəhərlərinin bənzər olduğu fikrini təsdiqlədi, Qardaş Şəhərlər Protokolu sayəsində dostluq və qardaşlıq körpüsü qurmaq, mədəni, turizm və ticarət dəyişiklikləri etmək və ölkələri bu yöndən də yaxınlaşdırmaq istədiyini bildirdi.

  Protokolun imza mərasimində Türkiyənin İtaliyanın Milan şəhərindəki Baş konsulu Hami Aksoy da iştirak və çıxış edib.



Әlaqәli Xәbәrlәr