2017-ci ilin sentyabrında hava yoluyla gedən sərnişin sayı

Türkiyə Dövlət Hava Yolları İdarəetmə Mərkəzi sentyabr ayına dair təyyarə, sərnişin və yük hava yolu statistikalarını açıqlayıb.

2017-ci ilin sentyabrında hava yoluyla gedən sərnişin sayı

   Məlumata görə, sentyabrda Türkiyədə aviasiya tranziti ilə yolçu sayı ötən ilin eyni ayı ilə müqayisədə daxili xətlərdə 4 faiz artımla 84.524, xarici xətlərdə isə 10,2 faiz artımla 63.228 nəfər olub. Türkiyə üzərindən isə (overflight) təyyarə dövriyyəsi 7,1 faiz artımla 186.125 olub.

  Sözü gedən ayda daxili xətt sərnişinlərinin sayı 8,6 faiz artımla 10 milyon 130 min 292, xarici xətt sərnişin sayı isə 24,6 faiz artımla 9 milyon 693 min 51 olaraq qeyd edilib. Beləliklə, 2017-ci ilin sentyabr ayında birbaşa tranzit sərnişinlərlərinin sayı ötən ilin eyni ayına görə 15,6 faiz artımla 19 milyon 846 min 359-a yüksəlib.

  Turizmə yönəlik hava limanlarına baxdıqda isə alınan mənzərə belədir. Bu ilin sentyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə Antalya Hava Limanı xarici xəttindən 66 faiz artımla 2 milyon 942 min 85, Muğla Dalaman Hava Limanında xarici xəttindən 31 faiz artımla 414 min 592, Muğla Milas-Bordum Hava Limanı xarici xəttindən 11 faiz artımla 166 min 977, Alanya Qazipaşa Hava Limanı xarici xəttindən 65 faiz artımla 60 min 920 sərnişin keçib.

  Türkiyə üzərindən üst keçid hava nəqliyyatında da artım davam edib. Sentyabrda ötən ilin eyni ayına görə 9,1 faiz artımla 38 min 373-ə yüksəlib.

  Bu ilin 9 aylıq hesabatına görə, üst keçid tranziti ötən ilin eyni dövrüylə müqayisədə 8,7 faiz artımla 306 min 95 dərə olub. Bu müddət ərzində üst keçidlər daxil ümumi aviasiya tranziti 4,3 faiz artımla 1 milyon 452 min 25, birbaşa tranzit daxil olmaqla ümumi sərnişin dövriyyəsi 9,9 faiz artımla 146 milyon 989 min 680, yük dövriyyəsi isə 9,9 faiz artımla 2 milyon 569 min 125 ton olaraq qeydiyyata düşüb.



Әlaqәli Xәbәrlәr