İstanbulda IV Beynəlxalq Avtomobil Konfransı

Avtomobil bazarında qlobal proseslərin və yeni meyllərin müzakirə olunacağı IV Beynəlxalq Avtomobil Konfransı 11-12 oktyabr tarixlərində İstanbulda keçiriləcək.

İstanbulda IV Beynəlxalq Avtomobil Konfransı

  Konfrans çərçivəsində yerli və xarici avtomobil sektoru nümayəndələri İstanbulda bir araya gələcək. Tədbirdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Hindistan, Səudiyyə Ərəbistanı, Çexiya, Serbiya, İran, Belçika və Macarıstandan 50-dən çox məruzəçi çıxış edəcək. Konfransda avtomobil sektorunun perspektivini müəyyən edən ağıllı nəqliyyat, elektrikləşdirmə, müasir hərəkət sistemləri, sürücüsüz maşın, elektrikli avtomobillər, qlobal trendlərin Türkiyə avtomobil sənayesinə təsiri, avtomatlaşdırma ilə bərabər gələn rəqəmsallaşmada Türkiyənin mövqeyi və avtomobil sektorunun gələcəyinə istiqamət verəcək məsələlər müzakirə olunacaq.

  Sahibkarların özlərini və layihələrini tanıtdırmaları məqsədilə xüsusi platforma kimi təşkil edilən IV Beynəlxalq Avtomobil Konfransında sektorun qadın nümayəndələri də iştirak edəcək.

  İki gün sürəcək konfransda 40 ölkədən 550-dən çox nümayəndə olacaq. Aparılan qeydiyyata görə daha çox İran avtomobil sektoru nümayəndələrinin iştirakı gözlənilir.  

  Ford Otosan, Toyota, BMC, Otokar, İsuzu, Renault, Karsan, Tofaş, Honda, Hyundai, Daimler və MAN avtomobil şirkətlərinin Türkiyədəki 14 təchizat istehsalçısı olan firmasının da rəsmiləri konfransda yer alacaq.



Әlaqәli Xәbәrlәr