Türkiyənin iqtisadiyyatı cari ilin ikinci rübündə 5,1 faiz inkişaf etdi

Türkiyə Statistika Qurumu iqtisadi göstəricilərə dair ilin ikinci rübünün rəqəmlərini açıqladı.

Türkiyənin iqtisadiyyatı cari ilin ikinci rübündə 5,1 faiz inkişaf etdi

Türkiyə Statistika Qurumu iqtisadi göstəricilərə dair ilin ikinci rübünün rəqəmlərini açıqladı.

Buna görə ümumi daxili məhsul müvafiq dövrdə cari qiymətlərlə 16,3 faiz artaraq, 734 milyard 211 milyon lirə olub.

Kənd təsərrüfatı sektorunun əlavə dəyəri bu ilin aprel-may dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə indeks olaraq 4,7 faiz, sənaye sektorunun cəmi əlavə dəyəri 6,3, tikinti sektorunun isə 6,8 faiz artım qeydə alınıb. Ticarət, nəqliyyat, otəllərdə qalma və ərzaq xidməti fəaliyyətlərinin cəmindən ibarət xidmətlər sektorunun əlavə dəyəri isə 5,7 faizə yüksəlib.



Әlaqәli Xәbәrlәr