Türkiyəyə ən çox sərmayə qoyan ölkələr

Türkiyəyə birbaşa xarici investisiya bu ilin ilk yarısında keçən ilin eyni dövrülə müqayisədə 50,1 faiz artaraq 4 milyard 108 milyon dollara çatıb.

Türkiyəyə ən çox sərmayə qoyan ölkələr

  Türkiyə Respublika Mərkəz Bankının (TCMB) məlumatına görə, keçən ilin ilk yarısında Türkiyəyə qoyulan birbaşa investisiya məbləği 2 milyard 736 milyon dollar idisə, bu ilin eyni dövründə 4 milyard 108 milyon dollara yüksəlib. Beləliklə, Türkiyənin xarici sərmayə xalis aktiv alışı 1 milyard 645 milyon dollar oldu.

  Türkiyədə 2017-ci ilin yanvar-iyun ayları arasında ən çox sərmayə qoyan ölkələr İspaniya (24,3 %), Hollandiya (20 %), Qətər (13,2 %), Azərbaycan (7,5) və Belçikadır (5,2).

  Qitə olaraq ümumi baxıldığı zama isə ilk 6 ayda ən çox investisiya 68 faiz olmaqla Avropadan gəlib. Avropa Türkiyəyə 2 milyard 785 milyon dollarlıq sərmayə qoyub. Ondan sonra 1 milyard 143 milyon dollarla Asiya, 131 milyonla ABŞ, 24 milyonla Afrika və 20 milyon Avstraliya gəlir.



Әlaqәli Xәbәrlәr