Yeni iqtisadi böhranın xəbərdarlığı edildi

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristin Laqard (Christine Lagarde) yeni bir iqtisadi böhranın xəbərdarlığını ediv və "İqtisadiyyatda bəzi döngələr var ki, yeni böhrandan xəbər verir” deyib.

Yeni iqtisadi böhranın xəbərdarlığı edildi

    Keçən həftə Amerika Birləşmiş Ştatları Mərkəzi Bankı İdarə Heyətinin sədri Canet (Janet) Yellenin "Bundan sonra yeni bir iqtisadi böhranın olacağı gözlənilmir" sözlərilə bağlı isə C.Laqard: "Sizə uzun ömür və Yellenin sözlərini arzulayıram, yeni böhranın olmayacağı bəhsinə girmirəm" deyib.

  Maliyyə böhranlarının, ümumiyyətlə, gözlənilməz anlarda baş verdiyini söyləyən Laqard onu da deyib ki: "Vəzifəmiz maliyyə nazirlərini böhranlara hazır etməkdir. Maliyyə sektoru təhdidlərə qarşı daim oyaq olmalıdır. Belə olarsa, gələn hər hansı böhrana qarşı müqavimət göstərə bilərlər."

  Xatırladaq ki, 2000-ci illər ərzində, başda neft olmaqla, bütün əmtəə və kənd təsərrüfatı məhsullarının qiymətləri dəfələrlə artıb. Çin və Hindistan kimi əhalisi çox olan ölkələrdə məhsullara olan tələbat və bununla birlikdə qiymətlər yüksəlib. 2008-ci ildə isə qida, qızıl və neft qiymətləri tarixin ən yüksək səviyyəsinə çatmış, ABŞ dollarının dəyəri isə bütün digər pul vahidləri qarşısında dəyərinin itirmişdi. Türkiyə isə tətbiq etdiyi maliyyə intizamı sayəsində bu proseslərdən təsirlənməmiş, dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, "Böhran bizə toxunub keçdi".



Әlaqәli Xәbәrlәr