Türkiyənin 2017-ci ildəki ixracatı 155 milyard dolları keçəcək

İqtisadiyyat naziri Nihat Zeybekçi İstanbulda iştirak etdiyi tədbirdə Türkiyənin ixracat hədəfləri barədə açıqlama verib.

Türkiyənin 2017-ci ildəki ixracatı 155 milyard dolları keçəcək

Türkiyə İxracatçılar Məclisinin təşkil etdiyi tədbirdə çıxış edən  İqtisadiyyat naziri Nihat Zeybekçi deyib ki, bu ayın axırında qızılı çıxmaqla 10 faizin üzərində, 15 faizə yaxın ixracat artımının olacağını güman edirik.

Nihat Zeybekçi Rusiya ilə ikitərəfli ticarətdə əlaqələrin artıq adi axarında olduğunu sadəcə pomidor ticarətində çətinlik yaşandığını ifadə edərək bildirib ki, Türkiyənin Rusiyaya pomidor ixrac etməməsi bizim üçün dünyanın axırı olmaz. Onların Rusiyada pomidor əkəcəklərilə əlaqədar iddiaları var. amma biz bu nöqtədə əvvəlki kimi qadağa deyə bir sözü əsla qəbul etmirik. Gömrük vergilərini artıraraq və ya endirərək tədbir görmələrini də anlayışla qarşılayırıq. Onun üçün bu prosesi may ayının axırınadək izləyib görəcəyik. Sonra da prinsip olaraq razılıq əldə edilməsi çərçivəsində arzumuz budur ki, iki ölkə arasında ticarətdə heç bir maneə qalmasın.



Әlaqәli Xәbәrlәr