“Bu ölkələr siyasi problemlər çıxmasını istəmir”, N.Zeybəkçi

Çin Beynəlxalq Radiosuna verdiyi müsahibədə N.Zeybəkçi deyib...

“Bu ölkələr siyasi problemlər çıxmasını istəmir”, N.Zeybəkçi

  Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci Çinin paytaxtı Pekində Beynəlxalq Əməkdaşlıq üçün Qurşaq və Yol Forumundan sonra Türkiyə, Çin və digər ölkələr arasında əməkdaşlıqların artacağını söyləyib.

  Çin Beynəlxalq Radiosuna verdiyi müsahibədə N.Zeybəkçi deyib:

  “Bu yay Bakı-Tbilisi-Qars dəmiryolu xətti açılır. Çindən də Londona qədər quru nəqliyyat yolu olacaq… Asiyanın Avropa və Afrikaya açılması və ticarəti baxımından Türkiyə əhəmiyyətli tranzit nöqtəsindədir. Buna görə Türkiyə çox böyük potensial sərmayə sahəsi yeridir. Çin və Türkiyə hökuməti bu yöndə danışıqları davam etdirir. Ölkələr arasında ticarət əlaqələrində irəliləmələr son 10 ildə üç dəfə artıb. Bu gün təxminən 28-30 milyard dollarlıq ticarət həcmi var. Bunu 60, sonra isə 100 milyard dollara çıxarmağı düşünürük. Əsas ortaq sərmayə qoyuluşudur. Bu təşəbbüs rifahı artıracaq, beynəlxalq inteqrasiya mühiti təmin edəcək və sülhə töhfə verəcək. İqtisadi bağları olan ölkələr siyasi problemlər çıxmasını istəmir, qarşısını almağa çalışır və bir-birlərinə müsbət münasibət göstərirlər.



Әlaqәli Xәbәrlәr