Türkiyədə 2020-ci ilədək daha 3 milyon qadın işlə təmin ediləcək

Türkiyədə qadın və kişilər iqtisadiyyata bərabər səviyyədə töhfə verəcəyi təqdirdə ölkə miqyasında adam başına gəlir 33 faiz artacaq.

Türkiyədə 2020-ci ilədək daha 3 milyon qadın işlə təmin ediləcək

Türkiyə Qadın Təşəbbüskarlar Dərnəyinin (KADİGER) sədri Sanəm Oktar ABŞ-ın Nyu-York şəhərində “Gələcəyin qadın liderləri layihəsi” mövzulu mətbuat konfransında deyib ki, 2002-ci ildə  qadın təşəbbüskarlarımızı dəstəkləmək məqsədilə qurulan dərnəyimiz fərqli layihələr həyata keçirir. Hədəfimiz 2020-ci ilədək daha 3 milyon qadını işlə təmin etməkdir.

“Bu hədəfi refllaşdıra bilmək üçün KADİGER-in fərqli strategiyaları var. Bunların arasında təlim və “mentoring” adlanan yol göstəriciliyi layihələrimiz mövcutdur. Dərnəyimizin fəallığını ölkə səthinə yaymaq istəyirik. Özəl sektor və markalarla əməkdaşlığımızı davam etdirirək qadınlarımızın işlə təmin edilmələrinə imkan yaratmaq ilkin hədəfimizdir” deyə Sanəm Oktar qeyd edib.

Oktar Türkiyədə qadın və kişilər iqtisadiyyata bərabər səviyyədə töhfə verəcəyi təqdirdə ölkə miqyasında adam başına gəlirin 33 faiz artacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr