V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu

Biznes-forum çərçivəsində Azərbaycanın sosial-iqtisadi göstəricilərini əks etdirən nəşrlər nümayiş olunur

V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu

Fevralın 17-də İstanbul şəhərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu işə başlayıb.

Biznes-forum çərçivəsində Azərbaycanın sosial-iqtisadi göstəricilərini əks etdirən nəşrlər nümayiş olunur.

 Qeyd edək ki, 5-ci dəfədir Türkiyə, Azərbaycan və Gürcüstan arasında təşkil edilən üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilir. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilir, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunur. 



Әlaqәli Xәbәrlәr