Verilən iqtisadi qərarlar gələn həftə açıqlanacaq

Türkiyə İqtisadi Koordinasiya Təşkilatının toplantısı ölkənin Baş naziri Binəli Yıldırım başçılığı ilə Ankara Çankaya Köşkündə edildi.

622771
Verilən iqtisadi qərarlar gələn həftə açıqlanacaq

  Qlobal iqtisadiyyat və Türkiyə iqtisadiyyatındakı proseslərin dəyərləndirildiyi yığıncaqda ictimai maliyyə, bank və maliyyə sektoru, real sektor və əmək bazarı mözvuları müzakirə olundu.

  Verilən qərarlar texniki işlər tamamlandıqdan sonra, yəni gələn həftə açıqlanacaq.

  Türkiyə İqtisadi Koordinasiya Təşkilatının toplantısında Avropa İttifaqı və Gömrük Birliyi müqaviləsi üçün işlərin sürətləndirilməsi haqqında da qərar verildi.

  Yığıncağın nəticələri 5 dekabr bazar ertəsi günü Türkiyə Böyük Millət Məclisində vəkillərin müzakirəsinə çıxarılacaq.



Әlaqәli Xәbәrlәr