Türkiyə Superliqasının XXI turuna yekun vuruldu

Fevralın 11-də “Ankaragücü” – “Kasımpaşa” və “Sivasspor” – “Akhisar Bələdiyəspor” qarşılaşmaları ilə Türkiyə Superliqasının XXI turuna yekun vuruldu.

Türkiyə Superliqasının XXI turuna yekun vuruldu

Fevralın 11-də “Ankaragücü” – “Kasımpaşa” və “Sivasspor” – “Akhisar Bələdiyəspor” qarşılaşmaları ilə Türkiyə Superliqasının XXI turuna yekun vuruldu.

Turnir cədvəlinin 15-ci pilləsində qərarlaşan ankaralılar səkkizinci sıradakı “Kasımpaşa”nın qapısından üç cavabsız top keçirdilər. Paytaxt təmsilçisinin heyətində Dever Orgill (33), Hadi Saçko (46) və İlhan Parlak (86) fərqləndilər.

“Sivasspor” - “Akhisar Bələdiyəspor” görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlidilər. Ev sahiblərinin heyətində Aruna Kone (5, 60, pen), qonaq komandada isə Coşue (88, pen) adlarını tabloya yazdırdılar.

Beləliklə, 21 turdan sonra “Başakşəhər” komandası 45 xalla turnir cədvəlində vahid liderliyini davam etdirir. “Qalatasaray” 39 xalla ikinci, “Beşiktaş” isə 36 xalla üçüncüdür.



Әlaqәli Xәbәrlәr