Almaniyanın “Bavariya” klubu yeni futbolçu transfer etdi

Məlumata görə “qırmızılar” “Ştutqart”dan Benjamen Pavarı alıblar. “Bavariya”nın idman direktoru Hasan Salihamiciçin sözlərinə görə, Fransa yığmasının 22 yaşlı müdafiəçisi ilə 5 illik müqavilə bağlanılıb.

Almaniyanın “Bavariya” klubu yeni futbolçu transfer etdi

 

Pavar 1 iyul 2019-cu ildə yeni klubuna qoşulacaq. Daha öncə müxtəlif KİV-lərdə “Bavariya”nın “Ştutqart”la 2021-ci ilin yayına qədər müqaviləsi olan futbolçu üçün klubuna 35 milyon avro ödəyəcəyi bildirlirdi.

Qeyd edək ki, Pavar Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olub.

 



Әlaqәli Xәbәrlәr