İranlı idmançı ardıcıl rekordlar qırdı

Ağırlıq qaldırmaq üzrə 2018 dünya çempionatı davam edir

İranlı idmançı ardıcıl rekordlar qırdı

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən ağırlıq qaldırmaq üzrə 2018 dünya çempionatının altıncı günü də əhəmiyyətli mübarizələrə səhnə oldu.

Tədbirin 6-cı günündə, 96 kq çəki dərəcəsində mübarizə edən İranlı Sohrab Moradi təkanla qaldırmada 230 kq, birdən qaldırmada isə 186 kq qaldıraraq ardıcıl iki rekord qırdı. O iki hərəkətin cəmində 416 kq qaldıraraq 3 qızıl medalın sahibi oldu.

Çempionatın ilk altı günündə 45 qızıl medal qazanan Çin birinci sırada iştirak edir.



Әlaqәli Xәbәrlәr