"Qalatasaray" Çempionlar Liqasına qələbə ilə başladı
Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə start verildi.
Futbol üzrə Çempionlar Liqasında daha 3 qrupda 6 oyun keçirildi.
Yeganə təmsilçimiz "Qalatasaray" "Türk Telekom" stadionunda Rusiya çempionu "Lokomotiv"i darmadağın etdi - 3:0.
Hesabı 9-cu dəqiqədə Qari Rodriges açdı. 67-ci dəqiqədə Eren Derdiyok fərqi artırdı. Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədə penaltidən Selçuk İnan qoydu.
D qrupunun digər oyununda "Şalke" Almaniyada Portuqaliya "Portu"su ilə 1:1 hesablı heç-heçə etdi. Bu nəticələrdən sonra "Qalatasaray" 3 xalla vahid lider oldu.
C qrupunda İngiltərədə "Liverpul" Fransa PSJ-si ilə görüşdə son dəqiqə qolu ilə qələbə qazandı - 3:2. Qrupun digər görüşündə "Srvena Zvezda" Serbiyada İtaliya "Napoli"si ilə qolsuz heç-heçə etdi.
A qrupunda Avropa Liqasının son qalibi İspaniya "Atletiko"su səfərdə "Monako"nu 2:1, Almaniyanın "Borussiya" (Dortmund) komandası isə Belçikada "Brügge"ni 1:0 hesabı ilə məğlub etdi.
Çempionlar Liqası, I tur
18 sentyabr
A qrupu
23:00. "Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya) - 1:2
Qol: Samüel Qransir, 18 - Dieqo Kosta, 32. Xose Ximenes, 45+1
23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) - 0:1
Qol: Kristian Pulişiç, 85
B qrupu
20:55. "İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 2:1
Qollar: Mauro İkardi, 86. Matias Vesino, 90+2 - Kristian Eriksen, 53
20:55. "Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) - 4:0
Qol: Lionel Messi, 32; 77; 87. Usman Dembele, 75
Qırmızı vərəqə: Samüel Yumtiti, 79 ("Barselona")
C qrupu
23:00. "Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya) - 0:0
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 3:2
Qollar: Daniel Starric, 30. Ceyms Milner 36 (pen.). Roberto Firmino, 90+2 - Tomas Mönyö, 40. Kilian Mbappe, 83
D qrupu
23:00. "Şalke" (Almaniya) - "Portu" (Portuqaliya) - 1:1
Qollar: Bril Embolo, 64 - Otavio, 75 (pen.)
Dəqiq yerinə yetirilməyən penalti: Aleks Telles, 13 ("Portu")
23:00. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) - 3:0
Qollar: Qarri Rodriges, 9. Eren Derdiyok, 67. Selçuk İnan, 90+4 (pen.)