17-ci yelkən yarışları İstanbulda

Yarışların ən yaxşı izlənildiyi yerlər Beşiktaş sahili - Ortaköy Meydanı, Akıntıburnu - Arnavutköy, Bebek, Kulleli və Kandillidir.

17-ci yelkən yarışları İstanbulda

  Bu il 17-ci dəfə təşkil olunacaq “Turkcell Platinum Bosphorus Cup” yelkən yarışları 29-30 sentyabrda İstanbulda keçiriləcək.

  İstanbul Boğazında olacaq yarışda 10 ölkədən 800-ə yaxın yelkənçi iştirak edəcək. Yarış 2 gün davam edəcək və 3 yarışdan ibarət olacaq. İlk gün yelkənçilər İstanbul Boğazında mübarizə aparacaq: katerlər Dolmabaxçadan start götürəcək, Anadolu Hisarı istiqamətinə yol alacaq və Çırağan Sarayı önündəki son dayanacağına çatacaq. Yarış 30 sentyabr bazar günü Caddebostan mərhələsindən sonra mükafat mərasimi ilə sonlanacaq.

  Yarışların ən yaxşı izlənildiyi yerlər Beşiktaş sahili - Ortaköy Meydanı, Akıntıburnu - Arnavutköy, Bebek, Kulleli və Kandillidir.



Әlaqәli Xәbәrlәr