Türkiyə yığması sabah Çernoqoriya ilə qarşılaşacaq

Basketbol üzrə Türkiyə yığması, 2019 FIBA Dünya Kuboku Avropa seçmələrinin ikinci mərhələsində ilk matçını sabah Çernoqoriya ilə oynayacaq.

Türkiyə yığması sabah Çernoqoriya ilə qarşılaşacaq

Ankara İdman Salonunda oynanacaq matç, Türkiyə vaxtıyla saat 20.00-də start götürəcək.

Qeyd edək ki, Türkiyə yığması seçmələlərin ilk mərhələsində iştirak etdiyi B qrupunda oynadığı 6 matçdan 4-də qələbə qazanaraq ikinci tura yüksəlmişdi. Ay-ulduzlu komanda, seçmələrin ikinci mərhələsində, İspaniya, Latviya, Çernoqoriya, Ukrayna və Sloveniya ilə yanaşı I qrupunda iştirak edir.

Milli basketbolçularımız, Çernoqoriya ilə qarşılaşdıqdan sonra, 17 Sentyabrda Sloveniya, 29 noyabrda İspaniya, 2 dekabrda Çernoqoriya, 22 Fevralda Sloveniya və 25 Fevralda İspaniya ilə qarşılaşacaq.



Әlaqәli Xәbәrlәr