• Video Qalereya

Serena Uilyams 17 min dollar cərimələnib

Amerika tennisçisi Serena Uilyams yaponiyalı Naomi Osakaya uduzduğu ABŞ Açıq çempionatının (US Open) final matçının yekununda 17 min dollar məbləğində cərimə edilib.

ABD Açıq Çempionat Birliyinin məlumatına görə, mövsümün Böyük Dəbilqə seriyalı sonuncu tennis turnirinin final matçı 6:2, 6:4 hesabı ilə 20 yaşlı yaponiyalının xeyrinə başa çatıb.

Birinci setin gedişatında 36 yaşlı amerikalı məşqçinin kənardan ona gizlicə nəsə deməsinə görə cəzalandırılıb. İkinci setdə Uilyams raketkasını sındırıb və cərimə xalı alıb, hesab 4:3 rəqibin xeyrinə olanda isə o, hakim Karlos Ramosla uzun-uzadı mübahisə edərək onu yalnış qərar verməkdə və cinsiyyətçilikdə ittiham edib və bunun qarşılığında da cərimə zərbəsi alıb.

Tennis oyunçularının məşqçilərindən taktika almalarına qrand slam turnirlərində icazə verilmir.

Әlaqәli Xәbәrlәr