III Dünya Köçəri Oyunları başa çatdı

Qırğızıstanın şimalındakı Çolpon-Ata şəhərində sentyabrın 2-də "Birlikdə Güc, Ruhda Güc" şüarı ilə başlayan III Dünya Köçəri Oyunları başa çatdı.

III Dünya Köçəri Oyunları başa çatdı

Qırğızıstanın şimalındakı Çolpon-Ata şəhərində sentyabrın 2-də "Birlikdə Güc, Ruhda Güc" şüarı ilə başlayan III Dünya Köçəri Oyunları başa çatdı.
 
Hippodromda keçirilən bağlanış mərasimində Qırğızıstanın baş naziri Muhammedkalıy Abılqaziyev, Nazirlər Kabinetinin Bədən Tərbiyəsi, İdman və Gənclər üzrə Dövlət Agentliyinin rəhbəri Kanat Amankulov, Türkiyənin Gənclər və İdman nazirinin müavini Həmzə Yerlikaya da iştirak etdilər.

 Dünya Köçəri Oyunlarının simvolu buzlaq suyunun olduğu "kookor" adı verilən qab və oyunların bayrağı orta əsr süvarisinin qiyafətini geyinmiş qırğızlar tərəfindən iki milli idmançıya verildi.
 
Səhnəyə çıxan baş nazir Abılqaziyev içində buzlaq suyu olan qapı və bayrağı növbəti oyunlara ev sahibliyi edəcək Türkiyənin Gənclər və İdman nazirinin müavini Həmzə Yerlikayaya təslim etdi.
 
 Yerlikaya çıxış edərək, ana yurd Türkiyədən ata yurd Qırğızıstana 82 milyonun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ehtiramlarını çatdırdı.
 
 "Növbəti oyunlara ev sahibliyi etmənin həyəcanını və xoşbəxtliyini yaşayırıq" deyən Yerlikaya oyunun təşkilatçılarına  təşəkkür etdi.
 

Qırğız, rus və ingilis dillərinə tamaşaçılara xitab edən baş nazir Abılqaziyev IV Dünya Köçəri Oyunlarının Türkiyədə keçiriləcəyini elan etdi.

  Qeyd edək ki, yerli və xarici turistlərin böyük maraq göstərdiyi oyunlarda idmançılara 507 min dollar məbləğində mükafat verilib.
 
 Manqala, sümük atma, ox atma, qartal və şahinlə ov, mas və bilək güləşi kimi ənənəvi 37 idman növü üzrə keçirilən yarışlarda 74 ölkədən min 986 idmançı iştirak edib.
 
 Oyunlarda 174 qızıl, 173 gümüş və 247 bürünc medal qazanılıb. Oyunların qalibi Qırğızıstan olub. Qazaxıstan ikinci, Türkiyə isə onuncu yeri tutub.



Әlaqәli Xәbәrlәr