Qırğızıstanda Beynəlxalq Etno Mədəniyyət Festivalı

Qırğızıstan prezidenti Sooronbay Ceenbekovun himayəsilə 2 sentyabrda rəsmi mərasimlə başlayan III Dünya Köçəri Oyunları Yarışı Beynəlxalq Etno Mədəniyyət Festivalı ilə başladı.

etno kultur festivali3.jpg
etno kultur festivali2.jpg
etno kultur festivali1.jpg

   İssık Göl rayonunun Bosteri kəndindəki Nomad Amfiteatrında gerçəkləşən festivalın açılışını baş nazir Muhammedkalıy Abılqaziyev edib.

  Açılışda çıxış edən M.Abılqaziyev deyib: “Beynəlxalq Etno Mədəniyyət Festivalı III Dünya Köçəri Oyunları Yarışının bir parçasıdır. Oyunlar sayəsində qloballaşma çağında dünyanın köçəri xalqlarının, etnoqrafiyalarının, etno-mədəni ənənələrinin beynəlxalq səviyyədə inkişafı, yayılması və tanıdılmasını istəyirik. Yüksək texnologiya və qlobal elmi nailiyyətlər zamanında etno-mədəniyyətləri də qorumaq məcburiyyətindəyik… Qırğızıstanda neçə gündür davam edən III Dünya Köçəri Oyunları Yarışı beynəlxalq aləmdə 2018-ci ilin ən mühüm mədəni tədbirləri arasında yer alır. Yarışlarda Cənubi Amerikalılar, vikinqlər, monqollar, çinlilər, ərəblər, yaponlar və türk soylu xalqlar iştirak edir. Bu yarış Manas qəhrəmanı və dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun vətənində keçirildiyi üçün çox xoşbəxtik. Qonaqlar qırğız xalqı, ölkənin pozulmamış təbiəti və İssık gölü ilə bağlı xoş xatirələri evlərinə aparacaq. Beləliklə, biz Qırğızıstan xalqı, torpağı, təbiəti, adət-ənənələri və milli xüsusiyyətlərini dünyaya ən yaxşı şəkildə tanıtma imkanı qazanmış oluruq.”

  Çıxışlardan sonra qırğız komuzu (ənənəvi qırğız musiqi aləti) aşığı,  oyunlara qatılan xalqların artist nümayəndələri tərəfindən qədim türk musiqi alətlərindən olan “ağız qopuzu” ifa edilib.

  Nomad Anfiteatrında 3 gün boyu hər axşam olan etno-festivalda 350 yerli və əcnəbi sənətçi, "Etno rəqs", "Etno dəb", "Etno bazar", "Etno evi", "Hekayə, əfsanə izahı" kimi səhnələr yer alır.

  Anadolu Agentliyi və TRT-nin də media tərəfdaşı olduğu III Dünya Köçəri Oyunları Yarışının baş sponsorluğunu Türkiyə Hava Yolları (THY), Qırğızıstan GSM (Global System for Mobile Communications - Mobil Rabitə üçün Qlobal Sistem), MEGAKOM şirkəti və Kanadanın mədən şirkəti “Centerra Gold” edir, təşkilatı dəstək isə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA-dan gəlir.



Әlaqәli Xәbәrlәr