Prezident Rəcəb Tayyib Ərdoğan  Ramil Quliyevi təbrik etdi

Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazandı.

Prezident Rəcəb Tayyib Ərdoğan  Ramil Quliyevi təbrik etdi

Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazandı.

28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqladı və finişə 19,76 saniyəyə çatdı.

Xatırladaq ki, Ramil Quliyev 2017-ci ildə London Dünya Çempionatında da eyni məsafəyə qaçışda qızıl medal qazanıb.

Prezidenti Rəcəb Tayyib Ərdoğan  Ramil Quliyevi təbrik etdi.

Ərdoğan telefonda qızıl medal ilə bütün Türkiyəni qürurlandıran Ramil Quliyevi təbrik edərək ona gələcək karyerasında uğurlar arzulayıb.

Prezident həmçinin R.Quliyevə təbrik teleqramı da göndərib.



Әlaqәli Xәbәrlәr