Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında “NeoFace” sistemi tətbiq olunacaq

Yaponiyanın paytaxtı Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında elektron üz tanıma sistemi tətbiq ediləcək.

1027511

Olimpiya Komitəsinin açıqlamasında Olimpiya Oyunları zamanı olimpiya kəndi və müsabiqələrin keçiriləcəyi mərkəzlərdə olan bütün akreditasiya olunmuş şəxslərin üzü tanınacaq və buna görə sahələrə girib-çıxacaqlar.

İdmançı, təşkilatçılar yaxud media mənsubu kimi akreditasiya olmamış heç kəs tədbirin keçirildiyi sahələrə daxil ola bilməyəcək.

Tədbirdə Yapon “NEC Corp” şirkətinin istehsal etdiyi “NeoFace” sistemi tətbiq olunacaq.

“NEC Corp” sistemi 70 ölkədə hava limanlarında və digər məkanlarda istifadə olunur.

Әlaqәli Xәbәrlәr