Rusiya futbol üzrə Dünya Kuboku səlahiyyətini Qətərə verdi

Rusiya prezidenti Vladimir Putin futbol üzrə Dünya Kuboku səlahiyyətlərini 2022-ci ildəki növbəti turnirə ev sahibliyi edəcək Qətərin əmiri Şeyx Təmin bin Həməd əl-Saniyə təhvil verdi.

Rusiya futbol üzrə Dünya Kuboku səlahiyyətini Qətərə verdi

  Dövretmə mərasimi Rusiya Prezident Aparatında – Kremldə təşkil olunub. Rusiya lideri V.Putin Dünya Kubokunun rəmzi futbol topunu Beynəlxalq Futbol Federasiyaları Birliyi – FİFA-nın sədri Canni İnfantinoya təslim, o da öz növbəsində Qətər əmirinə təslim edib.

  Putin ölkəsinin 2018 Dünya Kubokuna uğurla ev sahibliyi etdiyinə görə qürur duyduğunu dilə gətirib, təşkilatçılıqla bağlı təcrübələrini Qətərlə bölüşməyə hazır olduqlarını söyləyib.

  İnfantino isə “Bu il keçirilən Dünya Kubokunun ev sahibi olan Rusiyaya hər kəsin aşiq oldu”, rucsa "Mən Rusiyanı sevirəm” və “Bundan dörd il sonra Qətərə da aşıq olacağıq, əminəm" deyib.



Әlaqәli Xәbәrlәr